LANDŞAFTIN TARAZLIĞI

xarici (anropogen faktor daxil olmaqla) faktorların təsirilə və ya özünütəşkiletmə və özününizamlama prosesləri nəticəsində təbii landşaftlarda formalaşan nisbətən davamlı (taraz) vəziyyət. Antropogen landşaftlarda tarazlıq əsasən antropogen faktorlarla, həmçinin özünütəmizləmə və idarəetmə prosesləri nəticəsində qurulur. Landşaft nisbətən plastik, dinamik və inkişaf edən sistem olduğundan bir deyil, bir sıra tarazlıq vəziyyətində olur. L.t-nı saxlamaq təbii resursların səmərəli istifadəsi və insanı əhatə edən mühitin qorunması üçün əsas şərtlərdən biridir.
LANDŞAFTIN SUKSESSİYASI
LANDŞAFTIN TƏNZİMLƏNMƏSİ
OBASTAN VİKİ
Nash tarazlığı
Neş tarazlığı (ing. Nash equilibrium) oyunlar nəzəriyyəsində — iki və ya daha çox oyunçuların iştirak etdikləri qeyri-koperativ oyunlar üçün həll konseptidir. Con Neş belə bir tarazlığın mövcud olduğunu hər hansı bir sonlu oyunda qarışıq strategiyalarda sübut etdi. Bu konseptdə aşağıdakılar fərz olunur: hər bir oyunçu digər hər bir oyunçunun tarazlıq strategiyasını bilir, və heç bir oyunçu yalnız öz strategiyasını dəyişməklə öz qazancını artıra bilməz. Əgər bütün oyunçular öz strategiyalarını seçmişlərsə və heç bir oyunçu yalnız öz strategiyasını dəyişməklə artıq heç bir qazanc əldə edə bilmirsə, onda bu strategiyalar seçimi və müvafiq qazanclar (mükafatlar) Neş tarazlığın təşkil edir. Bu konsepsiya ilk dəfə Antuan Oqüst Kurno tərəfindən istifadə edilmişdir. Kurno oyununda Neş tarazlığı dediyimizi necə tapacağımızı göstərdi. Neş, bu cür tarazlığın istənilən sayda oyunçu ilə sonlu oyunlar üçün mövcud olduğunu sübut edən ilk şəxs idi. Bu, kooperativ olmayan oyunlar haqqında 1950-ci ildə yazdığı dissertasiyasında edilmişdir. Neşdən əvvəl bu, yalnız Con fon Neyman və Oskar Morqenştern tərəfindən 2 əlli sıfır məbləğli oyunlar üçün sübut edilmişdir.
Neş tarazlığı

Arktik və Antarktik landşaftın torpaqları
Arktik və Antarktik landşaftın torpaqları — Avrasiya materikində Şpitsbergen, Frans-İosif Torpağı, Yeni Torpaq, Novosibirsk adalarında, Taymır yarımadasında, Şimali Amerikada Qrenlandiyanın şimal sahillərində, Şimali Amerikanın şimal arxipelaq adalarında, Antarktida materikinin vahələrində rast gəlinən torpaq tipi. == İqlimi == İqlim şəraiti çox soyuq olub, orta illik temperatur −10°C-dən −14°C-i arasında dəyişir. Yayda orta sutkalıq temperatur +5°C-ni aşmır. Şaxtasız günlər 12–14 gündən çox davam etmir. Arktik zonanın qərb hissəsinin şərqinə nisbətən qışı yumşaqdır. Yağıntıların illik miqdarı Arktikada 130–200 mm arası dəyişir. Antraktidanın vahələrində də az yağıntı düşür. Məsələn, Benqerada ildə 62 mm qar şəklində yağıntı yayda düşür. Antraktida sahil hissələrindəki vahələrində yağıntının miqdarı 300 mm-ə qədər artır. Nisbi rütubətliyin yüksək olması xarakterikdir (90%).